Son Dəqiqə: Apple Watch Series 4 təqdim olundu



    Apple şirkəti özünün smart saat modelinin yeni nəsli olan Apple Watch Series 4-ü təqdim etdi. Yeni nəsil smart saat yeni dizayn və funksiyalara sahibdir. Apple Watch Series 4 iki versiyada satışa çıxacaq. 40 mm və 44 mm ölçülərdə. Ekran ölçüsünün böyüməsi ilə yanaşı həmçinin smart saatın bir şarj vasitəsilə çalışma müddəti də yüksəlib. Yeni smart saat modelinin arxa panel dizaynı da dəyişib. Həmçinin Apple Watch Series 4-ün səsgücləndiriciləri də bir qədər gücləndirilib.


    Smart saat 64 bitlik S4 prosessoru ilə təchiz olunub. Bu prosessor əvvəlki versiyadan 2 dəfə sürətlidir. Saatın ekran ətrafındakı çərçivələri daha da nazikləşdirilib, ekranın özü isə 35% böyüdülüb. Böyüdülmüş ekran sayəsində istifadəçi ekranda daha çox məlumatı izləyə bilər. Saatın arxa paneli keramikadan hazırlanıb. Digital Crown düyməsi isə daha da təkmilləşdirilib. Yeni nəsil Apple Watch istifadəçinin yıxılmasını da təyin edə bilir. Belə ki, əgər sözügedən smart saat istifadəçisi yıxılsa və 1 dəqiqə ərzində ayağa durmasa Apple Watch Series 4 bu barədə məlumatlanacaq və xilasetmə xidmətinə siqnal göndərəcək. Buna isə öz növbəsində smart saatda olan təkmilləşdirilmiş akselerometr sayəsində nail olunub.


    Apple Watch Series 4 həmçinin ürək fəaliyyəti ilə bağlı problemləri də təyin edə bilir. Bu isə o deməkdir ki, saat elektrokardioqrafiya texnologiyasını özündə birləşdirir. Bundan sonra sözügedən smart saat istifadəçisi öz ürək fəaliyyətinin vəziyyətini istənilən yerdə 30 saniyəyə yoxlaya biləcək. Beləliklə istifadəçi istənilən an öz səhhəti ilə bağlı problemləri öyrənə biləcək və saat vasitəsilə aşkar edilmiş problemləri sürətli şəkildə öz həkiminə göndərə biləcək. Apple Watch Series 4 üç rəngdə satışa çıxacaq: Boz, qızılı və gümüşü. Smart saatın adi versiyası 399$ qiymətinə, LTE modemə sahib versiyası isə 499$-a satılacaq.Smart saatlar 17 Sentyabr tarixindən başlayaraq WatchOS 5 əməliyyat sisteminə sahib olacaqlar. Apple Watch Series 4-ün satışlarına 21 Sentyabr tarixində start veriləcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar