iPhone X gölün dərinliyində keçirilmiş 2 həftədən sonra sağ qalıb (VİDEO)



    Man+River YouTube kanalının müəllifi adətən göllərin dərinliklərində üzüklər, boyunbağılar və s. kimi əşyaların axtarışında olur və tapdığı əşyalar haqqında videolar çəkir. Lakin gördüyü bu iş əsnasında o ilk dəfə daha vacib bir şey tapıb. Belə ki, daha bir axtarış zamanı videobloqqer gölün dərinliyində iPhone X smartfonunu tapıb. O, tapılmış smartfonu 3 gün ərzində qurudub və daha sonra onu yandırıb. Nəticədə möcüzə baş verib. Smartfon nəinki yanıb hətta normal çalışmağa da başlayıb. Həmçinin nəzərə almaq lazımdır ki, smartfon suya davamlı xüsusi keysdə olmayıb. Onun IP67 standartı üzrə sudan qoruma özəlliyi isə yalnız 30 dəqiqə ərzində suya davamlı olur. Tapılmış iPhone X gölün dərinliyində 2 həftə qalıb. Nəticədə videobloqqer smartfonun sahibi ilə əlaqə yaradıb və smartfonun sahibi etiraf edib ki, 2 həftə öncə iPhone X-i gölə düşürdüyü üçün onunla həmişəlik vidalaşıb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar