Bu ilin əvvəlində təqdim olunmuş Xperia XZ2 flaqman modelinin davamçısının fotoları internetə sızdırılıb. Yeni model əvvəlki ilə müqayisədə bir fərqləndirici özəlliyə sahib olsa da ənənəvi dizaynı özündə qoruyub saxlayacaq. Fotolardan belə qənaətə gəlmək olar ki, Xperia XZ3-ün ön və arxa panelləri şüşə ilə örtülmüş olacaq. Xarici görünüşcə smartfon Xperia XZ2-yə bənzəyir. Ön paneldən smartfonda heç bir ciddi dəyişiklik olmayacaq. Lakin arxa paneldə ikili arxa kamera olacaq.
Sızdırılmış məlumatlara əsasən arxa kamerada modullardan biri f/1.8 diafraqmalı 19 MP, digəri isə f/1.6 diafraqmalı 12 MP olacaq. Digər sızdırılmış məlumatlara əsasən Xperia XZ3 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.7 inç ekran, 8 nüvəli Snapdraon 845 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəkli), 3240 mAh enerji tutumlu batareya, iki SIM kart girişi və USB Type-C girişi ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da, çox güman ki, bu, Avqust ayının sonunda və ya Sentyabr ayının əvvəlində baş tutacaq IFA 2018 tədbirində baş verəcək.