23 MP'lik kamera, əla səs və çərçivəsiz dizayn: Sony Xperia XA2 Plus təqdim olundu



    Sony şirkəti Xperia XA seriyasında ilk orta büdcəli Xperia XA2 Plus modelini təqdim etdi. Yeni smartfon 6 inç Full HD+ ekranla təchiz olunub. Bu cür ekran ölçüsü həmçinin Xperia XA2 Ultra modelində də var. Lakin yeni smartfonda 18:9 nisbətli ekran hesabına cihaz əvvəlki modeldən uzunluğu və enliliyi üzrə 6 mm kiçikdir. Bu isə öz növbəsində smartfondan bir əllə istifadəni rahatlaşdırır. İlk dəfə olaraq şirkətin orta büdcəli smartfonu Hi-Res Audio texnologiyasını dəstəkləyir. Bu texnologiya WAV, FLAC, ALACAIFF formatlarını özündə birləşdirir.


    Bunun sayəsində istifadəçilər musiqiləri yüksək keyfiyyətdə dinləyə bilərlər. Xperia XA2 Plus-ın korpusu aliminiumdan, arxa qapağı isə plastik materialdan hazırlanıb. Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 23 MP-lik arxa kamera (saniyədə 120 kadr olmaqla slo-mo və 4K videoların çəkilməsi), 8 MP-lik ön kamera və Quick Charge 3.0 sürətli enerji yığma texnologiyalı 3580 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Sony Xperia XA2 Plus gələn aydan satışa çıxacaq. Onun tam dəqiq satış tarixi və qiyməti barəsində məlumatlar isə sonradan veriləcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar