OnePlus 6T'nin ilk rəsmi fotoları yayıldı



    Məşhur insayder Roland Quandt OnePlus 6T flaqman modelinin ilk rəsmi fotolarını paylaşıb. Paylaşılmış fotolarda smartfon iki rəngdə əks olunub (Midnight BlackMirror Black). Əvvəlki məlumat sızıntılarından da göründüyü kimi yeni model ekran üzərində şəkilli çıxıntı hissə ilə təchiz olunacaq. Həmin çıxıntı hissədə isə ön kamera yerləşdirilib. Bütün idarəetmə elementləri korpusda həmin yerlərdə qalacaqlar.


    Smartfonun arxa panelində ikili arxa kamera, işıqlandırma sistemi və şirkət loqosu yerləşir. Barmaq izi skanı isə smartfonun ekranına inteqrasiya olunacaq. Məlumatlara əsasən OnePlus 6T Full HD+ keyfiyyətli 6.4 inç AMOLED ekrana sahib olacaq. Smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş, 16 MP + 20 MP ikili arxa kamera və 3700 mAh enerji tutumlu batareya ilə təchz olunacaq. Təəssüflər olsun ki, yeni modeldə 3.5 mm-lik audiogiriş olmayacaq. Smartfonun bu ayın 17-i təqdim olunacağı gözlənilir.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar