Təmiz Android'də çalışan Xiaomi Mi A2-nin məlumat və fotoları yayıldı



    YouTube-da heç gözlənilmədən hələ anonsu olmamış Xiaomi Mi A2 modelinin 11 dəqiqəlik icmal videosu ortaya çıxıb. Video tez bir zamanda silinsə də onun fotoları və bəzi məlumatları internetdə yayılıb. Xiaomi Mi A1 modelində olduğu kimi Mi A2-də də əsas özəllik ondan ibarətdir ki, smartfon təmiz Android versiyasında çalışır. Yəni o, MIUI interfeysinə sahib deyil. Mi A1 modeli Mi5X-in kopyası idi. Beləliklə Mi A2 modeli isə Mi6X-in təkmilləşdirilmiş versiyası olacaq. Smartfon 18:9 nisbətli 6 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 12 MP + 20 MP ikili arxa kamera və 20 MP-lik ön kamera ilə təchiz olunacaq. Çox güman ki, Xiaomi Mi A2-nin təqdimatı bu ilin payız fəslində baş tutacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar