Xiaomi Mi Max 3 fabletinin foto və texniki gösətriciləri sızdırıldı



    İnternetdə hələ təqdimatı baş tutmamış Xiaomi Mi Max 3 modelinin bir neçə fotoları yayılıb. Çinin TENAA komissiyası isə smartfonun texniki göstəricilərini təqdim edib. Mi Max 2-dən fərqli olaraq yeni modeldə fiziki Home düyməsi və naviqasiya olmayacaq. Lakin yeni model ikili arxa kamera və onun aşağı hissəsində barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. TENAA komissiyası yeni smartfonun 3 versiyasını təqdim edib. Onlar öz aralarında RAM və daxili yaddaş göstəriciləri (3 GB RAM + 32 GB daxili yaddaş, 4 GB RAM + 64 GB daxili yaddaş və 6 GB RAM + 128 GB daxili yaddaş) ilə fərqlənəcəklər.


    Xiaomi Mi Max 3 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 6.99 inç Full HD+ ekran və 8 nüvəli prosessor ilə təchiz olunacaq. Smartfon MIUI interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Kameralara gəldikdə isə smartfon 12 MP + 8 MP ikili arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq Mi Max 3 sürətli enerji yığma özəllikli 5400 mAh enerji tutumlu batareyaya sahib olacaq. Hal hazırda yeni modelin nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur. Mi Max 2 keçən ilin May ayında təqdim olunmuşdu. Çox güman ki, yeni model yaxın zamanda təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar