LG şirkəti iki ekranlı və smartfon özəlliklərinə sahib qeyri-adi stilusun patentini alıb. Patent fotolarından da görmək olar ki, smart stilus bir yox birbaşa iki ekranla təchiz olunub. Birinci ekran elastikdir və birbaşa korpusdan çıxır. İkinci ekran isə daha kiçikdir və korpusun özündə yerləşdirilib. İkinci kiçik ekranda tətbiq ikonları, bildirişlər, zənglər və s. əks olunur. Birinci elastik ekran isə ölçüsünə görə smartfon ekranına yaxındır. Stilusdakı xüsusi düymə vasitəsilə həmin ekran korpusun daxilindən çölə çıxır və geriyə qayıdır.
İki ekrana sahib smart stilus smartfon funksiyalarını özündə birləşdirir və demək olar ki, smartfonu əvəz edir. Cihaz həmçinin hiroskop, kompas, təzyiq və göz hərəkətlərinin izlənməsi ötürücüləri ilə kameraya sahibdir. Stilus üstəgəl barmaq izi skanı, səsgücləndirici və mikrofon ilə də təchiz olunub. Bütün bunlardan əlavə olaraq sözügedən stilusu smartfona qoşaraq ondan adi stilus kimi də istifadə etmək mümkündür. Məslən sözügedən stilus vasitəsilə kağız üzərində yazılmış hər bir şey smartfonda əks olunur və yaddaşda saxlanılır. Qeyd etmək lazımdır ki, bu stilus LG şirkətinin sadəcə olaraq növbəti bir patentidir. Çox güman ki, cihaz elə patent olaraq da qalacaq.