Mütəxəssislər Apple şirkətini artıq innovasiyalı hesab etmirlər



    Apple şirkəti sözün əsl mənasında məşhur məhsullar istehsal edir və İT sektorun aparıcı təmsilçilərindən biri hesab olunur. Lakin buna baxmayaraq bir çoxlarının fikrincə şirkət bazara yeni və innovasiyalı bir şey gətirmir. Bu cür fikirlər Bernstein şirkətinin analitiki Toni Sacconaghi də razıdır. Onun fikrincə şirkət öz rəqiblərindən fərqli olaraq innovasiyalara çox az məbləğdə yatırımlar edir.

    Onun sözlərinə əsasən keçən il Apple şirkətinin tədqiqatlara 12.7 milyard dollar xərcləməsinə baxmayaraq bu kifayət deyil. Qeyd etmək lazımdır ki, keçən il şirkət bu sahəyə 1998-2011-ci illər arası məhsullara yatırdığı puldan daha çoxunu yatırıb. Məhz həmin illərdə iPhone, iPad iPod kimi məhsullar işıq üzü görmüşdü. Bununla belə şirkət öz rəqiblərindən fərqli olaraq azad vəsaitlərinin yalnız kiçik bir hissəsini innovasiyalara yatırır. Bəli söhbət, böyük vəsaitlərdən gedir. Lakin burda şirkətin irimiqyaslı gəlirlərini də nəzərə almaq lazımdır.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkət öz gəlirinin yalnız 5.1%-ni innovasiyalara yatırır. Belə gəlir mənbəyinə sahib digər şirkətlər isə innovasiyalara öz gəlirlərinin 10%-ni yatırırlar. Apple ABŞ-ın texnoloji şirkətləri arasında bazar dəyərləndirilməsi üzrə birinci yerdə qərarlaşır. Lakin tədqiqatlara ayrılan vəsaitlər sahəsində o, 6-cı yerdədir. Son məlumatlara əsasən Apple şirkəti avtopilot sisteminə sahib avtomobil və artırılmış reallıq eynəkləri üzərində çalışır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar