Galaxy S10 modellərinin qiymətləri və bəzi texniki məlumatları ortaya çıxdı



    Slashgear adlı mənbə Galaxy S10 flaqman modelləri barəsində bəzi məlumatları və qiymətləri barəsində məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Galaxy S10 3 variantda satışa çıxacaq: Baza model, Retro versiya və Premium versiya. Galaxy S10-nun standart modeli kənarları əyilmiş 5.8 inç ekran, 5G modul, kənar tərəfdən barmaq izi skanı və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Standart modelin qiyməti 1000$ təşkil edəcək. Galaxy S10R (Retro) 4G modul, standart versiyadakı ekran və kənar tərəfdən barmaq izi skanı ilə təchiz olunacaq. Retro versiyanın qiyməti 750$ təşkil edəcək. Galaxy S10-nun Premium versiyası isə 6.4 inç ekranla təchiz olunacaq və 1100$ qiymətinə satılacaq. Premium versiya da həmçinin 5G texnologiyasına sahib olacaq. Çox güman ki, Galaxy S10-nun hər 3 versiyası gələn ilin əvvəlində MWC 2019 sərgisində təqdim olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar