Messenger'ə 'Unsend' funksiyası gəlir: Göndərilmiş mesajları silmək olacaq



    Bu ilin əvvəlində Facebook etiraf etmişdi ki, şirkət gizli şəkildə Mark Zuckerberg tərəfindən göndərilmiş bəzi köhnə mesajları silib. Bu xəbər bir çox istifadəçilərin qəzəbinə səbəb oldu. Belə ki, göndərilmiş mesajların silinməsi funksiyası yalnız Mark Zuckerberg üçün aktivdir. Bundan sonra Facebook şirkəti bildirmişdi ki, yaxın zamanda bu funksiyanı hamı üçün aktiv edəcək. Bu ilin Aprel ayında isə şirkət rəsmi olaraq bildirmişdi ki, “Unsend” funksiyasını hamı üçün aktiv etməyi planlaşdırır. Lakin bu funksiyanın nə zaman təqdim olunacağı barəsində məlumat verilməmişdi.

    Keçən həftə isə Techcrunch saytının jurnalistləri sözügedən funksiyanı Messenger tətbiqində aşkar ediblər. Jane Wong adlı şəxs öz Twitter hesabında Messenger üçün olan “Unsend” funksiyasının fotosunu paylaşıb. Göndərilmiş mesajların redaktə edilməsi zamanı mesajın üzərində “Unsend Message” yazısı əks olunur. Həmin düyməyə klik edən zaman ekranda “Your message will be removed fro the chat, and you” cümləsinin əks olunduğu bildiriş çıxır.


    Bu isə o deməkdir ki, istifadəçi tərəfindən göndəriliş mesaj həm onun həmdə digər şəxsin çatından silinir. Bundan əlavə olaraq Wong bildirib ki, göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya Gmail servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir. Facebook şirkətinin təmsilçisi isə təsdiq edib ki, şirkət hal hazırda bu yeni funksiyanın testini aparır və testlərdən sonra “Unsend” funksiyası hamı üçün aktiv olacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar