Evsiz proqramçı öz CV'ni küçədə payladı və Google ilə Netflix kimi şirkətlərdən iş təklifi aldı



    Proqramçı David Casarez öz startapının uğursuz olmasından sonra ilk öncə maşında daha sonra parkda yaşayıb. 3 illik iş axtarışından sonra David öz CV-ni küçədə insanlara paylamaq qərarına gəlib. Artıq bir neçə gündən sonra ona Google, Netflix, LinkedIn, Pandora və s. kimi şrikətlərdən 200-ə yaxın iş təklifi gəlib. David Casarez proqramlaşdırma üzrə bakalavr diplomu alandan sorna General Motors şirkətində staj mərhələsindən keçib. Bundan sonra o, Silikon Vadisinə köçərək öz layihəsinə start vermək istəyib. Lakin 2015-ci ildə onun yaratdığı startap uğursuzluqla nəticələnib. Bu səbəbdən o, Ford markalı maşında yaşamağa başlayıb.


    Daha sonra öz borclarını ödəmək üçün David maşını satıb və parkda yaşamağa başlayıb. İyul ayında o öz CV-nin bir neçə kopyasını çıxartdıraraq onları küçədəki insanlara paylayıb. Bunu edən zaman onun əlində, üzərində yazı olan bir lövhə də olub. Lövhədə bunlar yazılmışdı: “Evsizəm. Uğur üçün ac qalmışam. Mənim CV-mi götürün”. Günlərin birində David-i amerikalı qadın Jasmine Scofield görüb və onun fotosunu çəkib. Daha sonra o, fotonu öz Twitter səhifəsində paylaşıb. Qısa zaman ərzində foto 130.000 dəfə repost olunub. Bir neçə gündən sonra isə Casarez-ə Google və Netflix kimi şirkətlərdən iş təklifi gəlib. Onun nəticə etibarilə hansı iş təklifini qəbul etdiyi barəsində isə heç bir məlumat yoxdur.




Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan-International