Üz skanı sistemi hava limanında ilk dəfə cinayətkarı ortaya çıxartdı



    3 gün bundan öncə ABŞ-ın hava limanlarında insanların üzlərinin təyin olunması sistemi test işinə başladı və artıq müsbət nəticə var. Belə ki, San Pauludan (Braziliya) olan 26 yaşlı oğlan Fransa parportu vasitəsilə ABŞ-a daxil olmaq istəyib. Lakin insanların üzlərinin təyin olunması ilə məşğul olan sistem həmin şəxsin üzünün ilə pasportdakı üzün üst-üstə düşmədiyini təyin etdi. Bundan sonra həmin şəxs daha dəqiq yoxlanışdan keçdi və onun ayyaqqabısının içində Konqo Respublikasının şəxsiyyət vəsiqəsi aşkar edildi. İnsanların üzlərinin təyin olunması üzrə çalışan sistem bu cür fəaliyyət göstərir: İlk öncə hava limanı əməkdaşı şəxsin pasportundakı fotonu skan edir. Daha sonra skan olunmuş fotodakı üzü kamera vasitəsilə şəxsin real üzü ilə müqayisə edir. Müqayisə nəticəsində şəxsin əlavə yoxlanışa göndərilib-göndərilməməsi üzrə qərar qəbul olunur.




Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
aimbot for valorant