Hər posta görə istifadəçiyə vəsait ödəyəcək blockchain əsaslı sosial şəbəkə gəlir



Sosial şəbəkələr öz bizneslərini, istifadəçi məlumatları üzərində qururlar. Bununla belə adi insanlar bundan xeyir götürmürlər.

Bunun alternativ variantını, Etherium blockchain platforması əsasında qurulmuş Indorse adlı sosial şəbəkə təqdim edir. Bu sosial şəbəkə öz istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq mümkündür. Indorse-un məqsədi, Facebook ilə rəqabətə girmək deyil. Belə ki, o, LinkedIn-nin yeni versiyası olmağa çalışır. Beləliklə istifadəçilər bu sosial şəbəkədə xallara görə öz professional bacarıqlarını paylaşacaqlar. Yeni sosial şəbəkə, Etherium blockchain platforması üzərində qurulur. İstifadəçilər, Indorse Rewards adlı bonuslar və Indorse Score adlı reytinqlər əldə edəcəklər. Reytinqi, digər istifadəçilərin dəstəyi sayəsində yüksəltmək mümkün olacaq. İstifadəçi nə qədər çox saytdan istifadə etsə və orda paylaşım yerləşdirsə, bir o qədər də xal əldə edəcək.

Məlumatlarla bağlı olacaq bütün əməliyyatlar və bonuslar, Etherium sistemində qeydiyyatda olacaq. Kriptovalyutaya isə istifadəçi tərəfindən yığılmış xallar deyil, reklamverənlər tərəfindən təqdim olunacaq rəqəmsal tokenlər çevriləcək. Bu isə o deməkdir ki, blockchain sosial şəbəkənin öz kriptovalyutası yaranacaq. Bu cür üsulnan sözügedən platformanın yaradıcıları, indiki sosial şəbəkələrin 3 problemini həll etmək istəyirlər. Birinci problem, istifadəçi kontenti sayəsində şirkətin vəsait qazanmasıdır. Bu halda bəyənmə və paylaşılma saylarını nəzərə almasaq, isitfadəçi başqa heçnə ilə mükafatlandırılmır. İkinci problem, daimi idarəetmədir. Bu idarəetmə müəyyən qrup şəxslərin əlindədir. Beləliklə sosial şəbəkələr, avtonom rejimə keçid edə bilmirlər.

Üçüncü problem isə mərkəzləşdirilmiş idarəetmə sisteminə güvənin olmamasıdır. Bununla yanaşı, Indorse-un yaradıcısı, reklama qarşı deyil. “Biz, mərkəzləşdirilmiş sosial mediaya qarşıyıq. Biz, yeni desentralizəedilmiş sosial şəbəkəyə ehtiyacın olduğuna inanırıq. Bu halda məlumatların idarəolunması yenidən istifadəçinin öhdəliyinə keçəcək” – deyə şirkət bildirib. Sosial şəbəkələrə inam hər il getdikcə azalır. ABŞ-da olmuş prezident seçkilərindən sonra bu inam daha da azaldı. Belə ki, bu seçkilərdə Facebook-un çox böyük rolu oldu. Sosial medianı nəinki yalan xəbərlərə görə, həmçinin istifadəçi məlumatlarının satılmasında da tənqid edirlər. İstifadəçilərin çox hissəsi düşünür ki, Facebook öz gəlirinin bir hissəsini adi istifadəçilərə verməlidir. Bunun üçün şirkət xüsusi fond yarada və həmin fond vasitəsilə hər ay istifadəçilərə müəyyən miqdarda ianə verə bilər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar