Xiaomi şirkəti rəsmi olaraq özünün Poco adlı subbrendini təqdim etdi



    Xiaomi Poco adlı subbrend haqqında məlumatlar daha öncə internetdə yetəri qədər yayılmışdı. İndi isə Xiaomi şirkəti bu subbrendi rəsmi olaraq Hindistanda anons etdi. Poco adlı yeni subbrend şöbəsinə Jai Mani başçılıq edəcək. O daha öncə Google şirkətində çalışıb. Şirkət qlobal bazarda satılacaq smartfonların istehsalı ilə məşğul olacaq. Subbrendin əsas məqsədi isə güclü və bahalı olmayan smartfonların istehsalıdır. Şirkətin yeni subbrendinin istehsal edəcəyi ilk smartfon modeli isə Xiaomi Pocophone F1 olacaq. Bir sıra məlumatlara əsasən sözügedən smartfon 6 inç Full HD+ ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqribi qiyməti isə 430 avro olacaq.

 



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar