Huawei Mate 20 Lite smartfonu Geekbenh testindən keçdi



    Huawei Mate 20 Lite smartfon modeli Geekbench testindən keçib. Sözügedən smartfon Mate 20Mate 20 Pro modelləri ilə birlikdə yeni Mate seriyasına daxil olacaq. Lakin sadalanmış iki modeldən fərqli olaraq Mate 20 Lite adından da bəlli olduğu kimi daha kiçik ekran, bir qədər fərqli kamera və orta texniki göstəricilər ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarından artıq məlumdur ki, Mate 20 Lite metaldan hazırlanmış korpusa, ikili arxa kameraya və arxa paneldən barmaq izi skanı texnologiyasına sahib olacaq.


    Geekbench testi çərçivəsində smartfonun yayılmış fotosundan isə digər məlumatlar əldə olunub. Beləliklə Mate 20 Lite 8 nüvəli Kirin 710 prosessoru əsasında çalışacaq. Bununla yanaşı smartfon Mali-G51 MP4 qrafik sürətləndiriciyə də sahibdir. Həmçinin Kirin 710 prosessoru süni zəka özəlliklərini də özündə birləşdirir. Geekbench testindən keçmiş Mate 20 Lite versiyası 4 GB RAM-a sahibdir. Lakin bazara həmdə 6 GB RAM-lıq versiya da satışa çıxa bilər. Beləliklə birnüvəli testdə smartfon 1598 xal, çoxnüvəli testdə isə 4622 xal toplayıb. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 31 Avqust tarixində təqdim oluna bilər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar