Huawei Mate 20 Pro'nun keyfiyyətli render fotoları yayıldı



    İnternetdə, gələn ay təqdim olunacaq Huawei Mate 20 Pro flaqman modelinin keyfiyyətli render fotoları yayılıb. Paylaşılmış yeni fotolarda smartfon hər tərəfdən əks olunub. Buna görə də onun dizayn özəlliklərinə baxmaq olar. Ön paneldən Mate 20 Pro modeli P20 smartfon seriyasına bənzəyəcək. Belə ki, Mate 20 Pro modeli də P20 smartfon seriyasındakı kimi ekran üzərində çıxıntı hissəyə və aşağı hissədə qalın çərçivəyə sahibdir.


    Bundan əlavə olaraq Mate 20 Pro-nun kənar hissələri Samsung smartfonlarındakı kimi əyilmiş formada olacaq. Arxa paneldə isə smartfon kvadrat formasında olan 3 arxa kamera və işıqlandırma sistemini özündə birləşdirəcək. Bununla yanaşı barmaq izi skanı yerinə rast gəlinmir. Bu isə o deməkdir ki, çox güman ki, həmin texnologiya smartfonun ekranına inteqrasiya olunacaq. Məlumata əsasən Mate 20 Pro 8 nüvəli Kirin 980 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mate 20 və Mate 20 Pro modellərinin təqdimatı 16 Oktyabr tarixində baş tutacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar