Əjdaha kimi smartfonlar: Mate 20 seriyasının 4 smartfonu və Watch GT smart saatı təqdim olundular



    Huawei şirkəti Londonda Mate 20 adlı yeni flaqman seriyasını təqdim etdi. Sözügedən smartfon seriyasına Mate 20, Mate 20 Pro, Mate 20 Porsche Design (Mate 20 RS) və Mate 20X gamer modelləri daxil olublar. Hər dörd smartfon modeli 7 nanometrlik texnoloji proses ilə hazırlanmış və ayrıca ikiqat neyroblokdan ibarət 8 nüvəli Kirin 980 prosessoru ilə təchiz olunub və Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Xarici görünüşcə yeni smartfonlar keçən ilki Mate 10 seriyasından tamamilə fərqlənirlər. Adi Mate 20 ekran üzərində şəkilli çıxıntı hissə, Mate 20 Pro ekranı üzərində isə daha böyük çıxıntı hissə var. Lakin Mate 20 Pro modelinin çıxıntı hissəsində istifadəçi üzünün 3D skan texnologiyasının daha təkmilləşdirilmiş versiyası var. Bundan əlavə olaraq Mate 20 Pro modelinin kənar hissələri əyilmiş formadadır. Buna görə də Pro versiya daha incə dizayna sahibdir.


    Arxa panel cəhətdən hər iki smartfon modeli oxşardır. Onlar arasındakı fərq isə ondan iarətdir ki, Mate 20-nin arxa panelində barmaq izi skanı texnologiyası var. Mate 20 Pro-da isə barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya olunub. Hər iki smartfonun arxasında üçlü arxa kamera var və kameralar kvadrat formasında yerləşdirilib. Baxmayaraq ki, texniki göstəricilər baxımından hər iki smartfon modeli eynidir, yenə də onların arasında bəzi kiçik fərqlər var. Mate 20 18.7:9 nisbətli 6.53 inç IPS ekrana (HDR dəstəkli), Mate 20 Pro isə 19.5:9 nisbətli 6.39 inç OLED ekrana (HDR dəstəkli) sahibdir. Əsas texniki göstəricilərə gəldikdə hər iki smartfon 8 nüvəli Kirin 980 prosessoru, Mali-G76 MP10 qrafik sürətləndirici, 6/8 GB RAM və 128/256/512 GB daxili yaddaş (256 GB-a kimi nanoSD dəstəyi) ilə təchiz olunub.


    Mate 20 SuperCharge sürətli enerji yığma texnologiyalı 4000 mAh, Mate 20 Pro isə SuperCharge 2.0 sürətli enerji yığma + sürətli naqilsiz enerji yığma texnologiyalı 4200 mAh enerji tutumlu batareyaya sahibdir. Bundan əlavə olaraq Mate 20 Pro modeli ilə digər cihazları da naqilsiz şəkildə enerji ilə təmin etmək olar. Baxmayaraq ki, hər iki smartfon üçlü arxa kameraya sahibdir, onlar bir-birilərindən fərqlənirlər. Belə ki, Mate 20 12 MP (f/1.8 diafraqmalı) + 16 MP (f/2.2 diafraqmalı + 8 MP (f/2.4 diafraqmalı və ikiqat optik zoom özəllikli) üçlü arxa kameraya, Mate 20 Pro isə 40 MP (f/1.8 diafraqmalı) + 20 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı və üçqat optik zoom özəllikli) üçlü arxa kameraya sahibdir. Hər iki smartfon 24 MP-lik ön kamera ilə təchiz olunub.


    Hər iki smartfondan yalnız Mate 20 Pro modeli ön kamera cəhətdən 3D selfie fotoları və portret rejimini dstəkləyir. Bu dəfə Huawei şirkətinin süni zəka texnologiyası daha da təkmilləşdirilərək 100-dən çox səhnəni və 500-ə yaxın obyekti təyin edərək optimal çəkiliş rejimlərini təqdim edir. Arxa kameralara əlavə olunmuş yeni funksiyalardan biri də Smart Zoom adlanır. Həmin funksiya sayəsində kameralar kadrda hərəkət edən obyekti təyin edərək ona tərəf avtomatik fokuslanır və həmin obyekt tərəfdən gələn səsi yazır. Bundan əlavə olaraq şirkət Porsche Design ilə birlikdə hazırladığı Mate 20 RS modelini də təqdim etdi. Sözügedən modelin arxa paneli təmiz qara dəridən hazırlanıb və şüşə çərçivə ilə əhatə olunub.


    Smartfonun dizaynı isə ümumilikdə idman avtomobilini xatırladır. Mate 20 RS modeli də Kirin 980 prosessoru, 8 GB RAM və 256/512 GB daxili yaddaş ilə təchiz olunub. Şirkətin sonuncu təqdim etdiyi smartfon isə Mate 20X gamer smartfonu oldu. Bu smartfon Full HD+ keyfiyyətli 7.2 inç OLED ekran, Kirin 980 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 5000 mAh enerji tutumlu batareya, 40 MP + 20 MP + 8 MP üçlü arxa kamera, 24 MP-lik ön kamera və M Pen stilusu ilə təchiz olunub.


    Beləliklə 4 GB RAM və 128 GB daxili yaddaşa sahib Mate 20 799 avro, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Mte 20 849 avro, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Mate 20 Pro 1049 avro, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Mate 20X 899 avro, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib Mate 20 RS 1695 avro, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib Mate 20 RS isə 2095 avro qiymətinə satılacaq. Mate 20X-dən başqa bütün modellər artıq bugündən satışa çıxırlar Mate 20X isə 26 Oktyabr tarixində satışa çıxacaq.


    Sonda isə şirkət Mate 20 flaqman seriyası ilə birlikdə Watch GT adlı smart saatını da təqdim etdi. Smart saat OS Lite əməliyyat sistemi vasitəsilə çalışır. Watch GT 454x454 piksel keyfiyyətli 1.39 inç dairəvi AMOLED ekran və Cortex-M4 prosessoru ilə təchiz olunub. Saatın arxa panelində Huawei Truseen 3.0 texnologiyasından istifadə edən optik sensor yerləşir. Bu texnologiyadan istifadə edərək sensor ürək döyüntülərini daha dəqiq təyin edə bilir. Bundan əlavə olaraq smart saat GPS modulu ilə də təchiz olunub. Adi istifadədə smart saat 2 həftə, smart funksiyaların aktiv olduğu vəziyyətdə 22 saat, smart funksiyaların deaktiv olunması rejimində isə 30 gün çalışa bilir. Smart saatın klassik versiyası 249 avro, idman versiyası isə 199 avro qiymətində satılacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar