Apple Store mağazasında iPad modellərindən biri partladı



    Bazar günü Amsterdamda yerləşən Apple Store mağazasında iPad modellərindən biri partlayıb. Hadisənin səbəblərindən biri isə iPad modelində olan batareyanın nasazlığı ola bilər. Mağazadakı insanlardan heç biri xəsarət almasa da 3 nəfərə tibbi yardım göstərilib. Planşetin partlayışının nə dərəcədə güclü ola biləcəyini aydınlaşdırmaq çətindir. Belə ki, mağaza əməkdaşları planşeti tez bir zamanda içərisi qumla dolu olan konteynerə yerləşdiriblər. Hətta bu halda belə planşetdən çıxan tüstü mağazaya yayılıb. Yanğınsöndürən komandanın hadisə yerinə gəlməsindən sonra mağaza tamamilə boşaldılıb və bir neçə saatdan sonra öz fəaliyyətini bərpa edib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar