HMD Global şirkəti Microsoft'dan PureView brendini geri aldı



    Nokia smartfonlarının istehsalı ilə məşğul olan HMD Global şirkəti Microsoft-dan PureView brendini geri aldı. Qeyd etmək lazımdır ki, bu brend adı əvvəlki Nokia modellərinin kameralarında əks olunurdu. Bu ad ilk dəfə 2012-ci ildə Symbian əməliyyat sistemi ilə çalışmış Nokia 808 PureView modelində təqdim olundu. Həmin ad ilə satışa çıxmış Nokia modelləri özlərində yüksək keyfiyyətli kameraların olduğuna işarə edirdilər. Nokia 808 PureView modeli 41 MP-lik arxa kamera və 3 MP-lik ön kamera ilə təchiz olunurdu.


    Bir ildən sonra isə 41 MP-lik arxa və 1.2 MP ön kameraya sahib Nokia Lumia 1020 modeli satışa çıxdı. Həmin smartfon artıq Windows Phone əməliyyat sistemi vasitəsilə çalışırdı. Hər iki smartfon ksenon işıqlandırma sistemi və Zeiss optikalarına sahib idi. Beləliklə 23 Avqust tarixində HMD Global şirkəti PureView brendini Microsoft-dan geri aldı. Microsoft bu brendi Nokia ilə birlikdə 2013-cü ildə 7 milyard dollara almışdı. Görünür, bu brendi bundan sonra Nokia modellərində HMD Global şirkəti işlədəcək. Biz isə şirkətdən bu brend adı altında yüksək keyfiyyətli kameralara sahib yeni Nokia modellərini gözləyirik


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan International Group