Xiaomi Mi Mix 3-ün ilk videosu sızdırıldı



    Bir sıra məlumatlara əsasən Xiaomi şirkəti bu ayın ortasında Mi Mix 3 smartfonunu təqdim edəcək. Yeni modelin əsas özəllikləri arasında isə maksimal dərəcədə nazik çərçivələr və ön kamera ilə danışıq üçün səsgücləndiricinin xüsusi slayder bölmədə yerləşməsi olacaq. Görünür, dəbə yenidən slayder özəlliklərə sahib smartfonlar düşəcək. Bir çox şirkətlər öz smartfon modellərində tamamilə çərçivəsiz ekrana nail olmaq üçün bu cür addımı atmalı olurlar. Digər dizayn özəllikləri barəsində isə yeni smartfon keçən ilki modeldən demək olar ki, fərqlənməyəcək. Çox güman ki, Mi Mix 3 Snapdragon 845 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
valorant private cheats