GoPro Hero 7 action kameralarının qiymətləri ilə özəllikləri məlum oldu



    İnternetdə GoPro Hero 7 action kamerasının və onun versiyalarının qiymətləri ilə özəllikləri barəsində məlumatlar yayılıb. Beləliklə GoPro Hero 7 Black modeli Hero 6 GP1 prosessoru ilə təchiz olunacaq. Bu model saniyədə 60 kadr olmaqla 4K videolar və saniyədə 240 kadr olmaqla Full HD videolar çəkə biləcək.


    Bundan əlavə olaraq GoPro Hero 7 Black real zaman ərzində canlı yayım, HDR, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və təkmilləşdirilmiş Hypersmooth stabilizasiyası funksiyalarına sahib olacaq. Xarici görünüşcə isə yeni action kamera Hero 6-dan heçnə ilə fərqlənmir. GoPro 7 Silver isə saniyədə 30 kadr olmaqla 4K vdieo çəkə biləcək. O həmçinin ekran, GPS, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və səsli idarəetmə kimi funksiyalara da sahib olacaq.


    GoPro Hero 7 White modeli isə yalnız saniyədə 60 kadr olmaqla 1440p keyfiyyətli videolar çəkə biləcək. Bu model arxa panel tərəfdən ekranla, səsli idarəetmə və təsvirin stabilizasiyası özəlliyi ilə təchiz olunacaq. Yeni GoPro Hero 7 action kameraları 20 Sentyabr tarixində təqdim olunmalıdır. Güman olunur ki, GoPro Hero 7 Silver modeli 299$-a, Hero 7 White modeli isə 199$-a satılacaq. Hero 7 Black modelinin qiyməti barəsində isə heç bir məlumat yoxdur.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar