Hackerlər dövlət saytları vasitəsilə gizli olaraq kriptovalyuta mayninqi ilə məşğul olurlar



    Kriptovalyutaların gizli mayninq epidemiyası bütün dünyaya yayılıb və növbə Hindistana çatıb. Belə ki, məlum olub ki, Hindistanın demək olar ki, bütün dövlət saytları gizli kriptovalyuta mayninqini reallaşdıran zərərli tətbiqlərlə yoluxub. Həmin zərərli tətbiqlər istifadəçilərin kompüterlərinin güclərindən istifadə edərək CoinHive skripti vasitəsilə Monero adlı kriptovalyutanı mayninq edirlər. Mütəxəssislər təyin ediblər ki, zərərli tətbiqlərlə yoluxmuş saytlar Hindistanda ən çox ziyarət olunan saytlardır. Hindistan hökuməti isə öz növbəsində bu cür hacker hücumunun olduğunu təsdiqləyib.

    Lakin hökumət hələki bu problemi aradan qaldıra bilməyib. Bundan əlavə olaraq dövlət saytları vasitəsilə nə qədər kriptovalyuta mayninq olunduğu barəsində məlumat da verilməyib. Dövlət domenləri ilə birlikdə həmçinin 119-a yaxın Hindistan internet saytı CoinHive skriptinə yoluxub. Qeyd etmək lazımdır ki, kriptovalyutaların gizli mayninq üsulu hackerlərə nəzərə çarpacaq qədər gəlir gətirir. Hələ 1 ay bundan öncə RWTH Aachen University tədqiqatçıları hesablamışdılar ki, bütün dünya üzrə olan saytlara inteqrasiya olunmuş CoinHive skripti ay ərzində 250000$ dəyərində Monero kriptovalyutasını mayninq edə bilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar