Nokia 9-un təqdimatı təxirə salındı



    Snapdragon 845 prosessoru və 5 arxa kamera vasitəsilə Nokia 9 modeli ən çox gözlənilən smartfonlar siyahısındadır. Lakin nüfuzlu mənbənin verdiyi məlumata əsasən sözügedən smartfon modelinin bu ilə planlaşdırılan təqdimatı gələn ilə kimi təxirə salınıb. Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, Nokia 8 Sirocco modeli əslində 2017-ci ilin flaqman smartfonu olmalı idi. Lakin HMD Global şirkəti smartfonun təqdimatını təxirə saldı və onu MWC 2018 sərgisində göstərdi. Yeni məlumatda qeyd olunub ki, Nokia 9-un 5 arxa kamerası artıq bir neçə aydır ki, hazırlanır. Lakin şirkət rəhbərliyinin fikrincə smartfon hələki ideal deyil. Bu səbəbdən smartfonun təqdimatı 2019-cu ilə təxirə salınıb. Çox güman ki, Nokia 9 da Nokia 8 Sirocco modeli kimi MWC sərgisində təqdim olunacaq. Bu məlumatın nüfuzlu mənbə tərəfindən verilməsinə baxmayaraq smartfon bu il də təqdim oluna bilər. Bizə isə sadəcə gözləmək qalır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar