Nokia 7.1 Plus smartfonunun ön panelinin fotosu təqdim olundu



    HMD Global şirkəti Nokia 7.1 Plus modelinin ön panelinin fotosunu paylaşıb. Bir neçə müddət bundan öncə təqdim olunmuş Nokia 7.1 kimi Nokia 7.1 Plus modeli də üzərində çıxıntı hissə olan genişformatlı ekrana sahib olacaq. Lakin Nokia 7.1-dən fərqli olaraq Plus versiyanın çıxıntı hissəsi bir qədər böyük olacaq. Həmin çıxıntı hissədə isə smartfonun ön kamerası və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər yerləşəcək. Məlumata əsasən Nokia 7.1 Plus modeli Full HD+ keyfiyyətli 6.18 inç IPS ekran, 2.2 GHz tezlikli 8 nüvəli prosessor (çox güman ki, Snapdragon 710), 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 12 MP + 13 MP ikili arxa kamera və 20 MP-lik ön kamera ilə təchiz olunacaq. Nokia 7.1 Plus artıq sabah Çində təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar