Facebook şirkəti Oculus Quest adlı virtual reallıq cihazını təqdim etdi (VİDEO)



    Facebook-a məxsus olan Oculus şirkəti Oculus Quest adlı yeni avtonom virtual rellıq cihazını təqdim edib. Oculus Quest gələn ilin yaz fəslində 399$ qiymətində satışa çıxacaq. Oculus Quest smartfona və ya kompüterə qoşulmadan çalışmaq özəlliyinə sahibdir. Cihaz 4 ədəd genişbucaqlı kamera ilə təchiz olunub. Bununla yanaşı Oculus Quest-in komplektində həmçinin sensorlu idarəetmə cihazları da olacaq. Bu virtual reallıq cihazının sistemində 50-ə yaxın oyun olacaq. Oculus Quest şirkətin ilk avtonom reallıq cihazıdır ki, 6 azadlıq səviyyəsinə sahibdir. Yəni cihazın sistemi istənilən istiqamətdə istifadəçi başının hərəkətlərini təyin edə bilir. Şirkət cihazın digər texniki göstəriciləri barəsində məlumat verməyib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar