5 kameralı LG V40 ThinQ flaqman modelinin rəsmi videosu yayımlandı



    LG şirkəti öz YouTube kanalında LG V40 ThinQ flaqman modelinin reklam videosunu yayımlayıb. Yayımlanmış video sözügedən flaqman modelində 5 kameranın olacağı məlumatını təsdiqləyib. Belə ki, smartfon 3 arxa kameraya və 2 ön kameraya sahib olacaq. Bundan əlavə olaraq smartfon 6.4 inç ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Digər dizayn özəllikləri baxımından isə V40 ThinQ modeli keçən ilki V30-a bənzəyir. Məlumat sızıntılarına əsasən smartfon Snapdragon 845 prosessoru və Google Assistant səsli köməkçisini işə salmaq üçün əlavə düymə ilə təchiz olunacaq. LG V40 ThinQ modeli 3 Oktyabr tarixində təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar