Samsung W2019 qapaqlı flaqman smartfonunun ilk fotoları ortaya çıxdı



    Samsung şirktənin qapaqlı flaqman smartfon modeli W2018 keçən ilin Dekabr ayında satışa çıxmışdı. Görünür, şirkət sözügedən smartfon modelinin ikinci nəslini təqdim etməyə hazırlaşır. Belə ki, smartfonun fotoları TENAA komissiyasında ortaya çıxıb. Bu isə o deməkdir ki, smartfonun təqdimatı yaxın zamanda baş tutacaq. Dizayn baxımından yeni modeldə dəyişiklik gözlənilmir. Smartfon iki ekrana, fiziki klaviaturaya və ikili arxa kameraya sahib olacaq. Ekranlardan biri smartfonun daxilində, digəri isə xaricində yerləşəcək. Çox güman ki, W2019 smartfonu Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. Əvvəlki model kimi yeni smartfonun da bu ilin sonunda satışa çıxması gözlənilir.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar