Məşhur insayder Razer Phone 2 gamer smartfonunun yeni fotosunu paylaşdı



    Məşhur insayder Evan Blass Razer Phone 2 gamer smartfonunun yeni fotosunu paylaşıb. Əgər əvvəlki məlumat sızıntılarına əsasən yeni modeldə dizayn dəyişikliyi olmayacaqdısa, paylaşılmış yeni foto bunun tam əksini deyir. Yeni smartfon cüzi də olsa dizayn dəyişikliyinə sahib olacaq. Belə ki, Razer Phone 2-nin arxa paneli əvvəlki versiyadan fərqlənir. Yeni modeldə ikili arxa kamera üfüqi formada yerləşdirilib. Kameranın aşağı hissəsində isə Chroma LED işıq texnologiyasına sahib şirkət loqosu yerləşir. Razer Phone 2  QHD+ keyfiyyətli 6 inç ekranla təchiz olunmalıdır. Geekbench AnTuTu bençmark saytlarındakı testlərə əsasən yeni model Snapdragon 845 prosessoruna sahib olacaq. Lakin Google şirkətinin saytında smartfonun Snapdragon 835 prosessoru ilə təchiz olunacağı barəsində məlumatlar yayılmışdı. Smartfon bir neçə daxili yaddaş versiyasında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Razer Phone 2 smartfonunun təqdimatı 10 Oktyabr tarixində baş tutacaq. Güman olunur ki, onun qiyməti 700$ təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar