FBI ilk dəfə şübhəli şəxsi Face ID ilə smartfonu blokdan çıxartmağa məcbur etdi



    Keçən il Apple şirkəti iPhone X smrtfonunda Face ID texnologiyasını təqdim edəndən sonra bir çox istifadəçilərdə hüquqi sual yarandı: Hüquq-mühafizə orqanları smartfonu blokdan çıxartmaq üçün istifadəçini smartfona baxmasına məcbur edə bilərlərmi? Forbes-un verdiyi məlumata əsasən FBI ilk dəfə olaraq bu ilin Avqust ayında yaxalanmış şübhəli şəxsi bunu etməyə məcbur edib.


    Avqust ayında FBI Grant Michalski adlı şəxsin evində axtarış aparıb. Həmin şəxs uşaq pornosunun yayılmasında şübhəli şəxs qismində çıxış edib. Axtarış icazəsi sayəsində Grant-ın kompüterindəki faylların araşdırılması mümkün olub. Bundan əlavə olaraq axtarış zamanı evdə iPhone X aşkar edilib. Beləliklə FBI iPhone X-i blokdan çıxartmaq üçün həmin şəxsi Face ID texnologiyasındn istifadə etməyə məcbur edib. Bundan sonra isə smartfonun daxilindəki fayllar incələnib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar