Facebook şirkətinin AR (artırılmış reallıq) texnlogiyaları üzrə rəhbəri Ficus Kirkpatrick şirkətin öz AR eynəkləri üzərində çalışdığını təsdiqlyib. “Bəli, biz öz AR eynəklərimiz üzərində çalışırıq. Bizim hələki təqdimat üçün hazır məhsulumuz yoxdur. Buna baxmayaraq bizim bu sahədəki tədqiqatlarla məşğul olan çoxlu sayda təcrübəli işçilərimiz var. Biz ümid edirik ki, onların hazırladıqları məhsullar gələcək layihənin həyatında vacib rol oynayacaqlar” – deyə Ficus Kirkpatrick bildirib.
Qeyd etmək lazımdır ki, son zamanlarda Facebook şirkəti öz hardware sahəsini aktiv şəkildə inkişaf etdirir. Bir neçə müddət bundan öncə şirkət özünün istehsalı olan Portal adlı smart ekranını təqdim etmişdi. Bu smart ekran əsasən istifadəçilər arasında videozənglər üçün nəzərdə tutulub. Daha sonradan məlum oldu ki, Facebook ənənələrinə sadiq qalaraq bu smart ekran istifadəçini izləyə bilir. Halbuki təqdimat zamanı şirkət bunu təkzib etmişdi. Şirkət tərəfindən hazırlanan AR eynəklərin də istifadəçi məlumatlarını ötürüb-ötürməyəcəyi barəsində məlumat yoxdur.
Çox güman ki, şirkətin AR eynəkləri Facebook tərəfindən hazırlanacaq çiplər əsasında çalışacaq. Bu məhsul Facebook servislərinin şirkətin öz gücü ilə inkişaf etdirilməsinə yardımçı ola biləcək məhsul ola bilər. Belə ki, şirkət hal-hazırda bu mövzuda Google və Apple kimi şirkətlərdən asılıdır. Əvvəlki patent məlumatlarına əsasən Facebook AR eynəkləri adi standart eynəklərə bənzəyəcək. Bu isə öz növbəsində layihənin uğurlu olacağı halında şirkəti digər rəqiblərin fonunda fərqləndirəcək.