Samsung əyilə bilən smartfonu gələn ay təqdim edə bilər (VİDEO)



    Samsung şirkəti prototipinin üzərində uzun illərdir ki, çalışan əyilə bilən smartfon modelinin təqdimatına yaxınlaşır. Şirkətin öz Twitter hesabında paylaşdığı yeni video gələn ay əyilə bilən smartfon modelinin və ya ən azından onun prototipinin təqdimatına işarə edir. Öz paylaşımında şirkət gələn ay tərtibatçılar üçün keçiriləcək tədbiri “indiki zaman ilə gələcəyin arasında olan döngə” kimi adlandırıb. Paylaşımda həmçinin ilk öncə 90 dərəcə, daha sonra 180 dərəcə əyilən iki nazik xətt də əks olunub. Hələ keçən ay Samsung şirkətinin general direktoru öz müsahibələrinin birində qeyd etmişdi ki, şirkətin ilk əyilə bilən smartfon modeli bu ilin sonuna kimi təqdim oluna bilər. Çox güman ki, şirkət sözügedən cihazı gələn ayın 7-dən start götürəcək Samsung Developer Conference tədbirində təqdim edəcək.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar