LG şirkəti VR eynəyin patentini aldı



    LG şirkəti ABŞ-ın patentlər və ticarət nişanları üzrə idarəetmə komissiyasından VR eynəyin patentini əldə edib. Şirkət bu patent sorğusunu hələ 2016-cı ilin yay fəslində göndərmişdi. Lakin o indi təsdiqlənib və qeydiyyatdan keçirilib. Patent fotolarından da görmək olar ki, LG şirkətinin VR eynəyi çox dəbli, futuristik və kompakt görünür. VR eynək 2 linza və yuxarı hissədən mexaniki düymələr ilə təchiz olunub. VR eynəyin qulağın üzərinə yerləşdirilən hissəsi isə çox nazikdir. Bu baxımdan o, adi eynəkləri xatırladır. Təəssüflər olsun ki, bu VR eynəyin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. VR eynəyin adı, qiyməti və təqribi satışa çıxma tarixi barəsində də heçnə bilinmir. Heç məlum deyil ki, LG şirkəti nəticə etibarilə bu cür cihazı istehsal edəcək yoxsa yox. Bu sadəcə patent olaraq qala da bilər.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar