Şreder nədir? Şrederi necə seçək və büdcəmizə necə qənaət edək?



    “Məlumatın qorunması” məfhumu son zamanlar çox aktualdır. Bəzən şirkətlər elə bir məxfi informasiya ilə işləyirlər ki, onların yayılması qadağandır. Məsələn, bəzən müştərilər öz şəxsiyyət vəsiqələrinin surətini, bank hesabları haqqında məlumatları və başqa sənədləri şirkətlərə təqdim edirlər. Buna görə kağız və ya başqa daşıyıcılarda olan infiormasiyanın yox edilməsi vacib olur. Bu məqamda şrederlər işə qoşulurlar.

    Şrederlərinin məxfilik dərəcəsi, onun bir vərəq kağızı necə və neçə hissələrə doğradığı ilə ölçülür. Dərəcənin çoxluğu, məhv edilmənin daha çox etibarlığını göstərir və sənəd daha çox hissələrə doğranılır. Beynəlxalq standartlara əsasən 7 məxfilik dərəcəsi ayırd edilir. Məxfilik dərəcəsi nə qədər yüksək olsa, həmin sənədin bərpa olunması bir o qədər də çətin olur.

    Şrederlər 3 əsas tipə bölünür: şəxsi istifadə üçün, ofislərarxivlər üçün. Şəxsi istifadə üçün olan şrederlər hər bir işçiyə ayrıca alınır və onun iş sahəsində yerləşdirilir. Ofis üçün olan şrederlər bir şöbə və ya bir neçə işçi istifadəsi üçün nəzərdə tutulub. Arxiv üçün olan şrederlər böyük miqdarda kağızların, kartonların, və başqa informasiya daşıyıcılarının məhv edilməsi üçün nəzərdə tutulmuşdur.    

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar