Niyə şirkət böyüdükcə əsasının qoyulmasında iştirak etmiş proqramçı zamanla işdən uzaqlaşdırılır?


Niyə şirkət böyüdükcə əsasının qoyulmasında iştirak etmiş proqramçı zamanla işdən uzaqlaşdırılır?  


    İşçilərin şirkətin daxilində baş verənlərə yanaşmasından asılı olmayaraq artım biznesin uğurlu olma göstəricisidir. Yeni işçilərin cəlb olunması həmişə şirkətin tələbatlarının genişlənməsini göstərir. Bəzən hətta kənardan lazımsız görünən yeni kadrlar şirkətin inkişafına təkan yaradır. Və bir gün şirkətin baş proqramçısı işə gəlir və ona artıq işdən uzaqlaşdırılması barədə xəbər verirlər. Artıq hər şey dəyişib və onların vəzifəsində faktiki olaraq ehtiyac qalmayıb.  


    Bəs bu niyə baş verir? Bununla necə Mübarizə aparmaq lazımdır? Və ümumiyyətlə mübarizə aparmaq lazımdırmı? Gəlin birlikdə araşdıraq. 


Bu necə baş verir:

    Gəlin təsəvvür edək ki, bizim baş proqramçımız var, hansı ki, şirkətin ilk günündən bəri burada aylıq məvacib əsasında işləyir və təxmini bir il öncə şirkəti demək olar ki, dağılmaqdan xilas edib. Bu proqramçı məhsul üçün yeni funksional yaradırdı, digər proqramçıların kodunu yoxlayırdı, yeni işçi işə götürüləndə onun rəyi zəruri hesab olunurdu və s.  


    Bir müddət sonra məhsul nəhayət ki, qapalı alfa nərhələsindən çıxır və bazarda öz payını tutur; mənfəət hər gün artır, müştəri bazası genişlənir, şirkət rəhbərinin çəkisində də ciddi artım müşahidə olunur. Düşünürük ki, məhz indi bizim bu proqramçı özü yaratdığı kürsüyə keçə bilər və işçiləri kefi istədiyi kimi idarə edə bilər.  


    Amma yox. Onu süqutun hökmranlıq etdiyi bir söhbət üçün çağırırlar. Kabinetdə oturub direktor - onun birbaşa rəhbəri, rəisi, biznes sahibi, əsas HR-ı. Söhbət çox sakit başlayır. Ordan buradan kiçik sullar, inkişaf barədə məlumatlar və s.. Və birdən birə söhbət əsnasında rəhbər “restruktirizasiya” sözünü işlədir. Və ya “inkişaf üçün dəyişikliklər etməliyik”. Və ya buna bənzər nəsə, baxır rəhbərin söz bazasına. Cümləni necə istəyirsiz dəyişin, amma mahiyyət baxımıdan bu belə səslənir :”%%USERNAME%%, sən işinin peşəkarısan, əlaçısan, əjdahasan,afərin, amma biz inkişaf edirik və sənin işində bu formada artıq ehtiyac görmürük.”    


    Belə hadisə ilə üzləşmiş insanların çox vaxt anidən gözləri qaralır, “beyni çönür”. Ayağa qalxır və nəyi var yüksək tonla: ”Necə yəni ehtiyyac yoxdur?? Mən boşuna həftədə 70-100 saat işləmişəm? Mən dostlarımdan uzaqlaşmışam, yaxınlarıma həsrət qalmışam, gecəmi gündüzümü sizə fəda eləmişəm. Saçım tökülüre, qardaş, saçım. Fikir verirsən? Məzələnirsən sən?“  

    Amma əslində bu normaldır. Və izahı da çox bəsitdir. Bizim bu Ulduzumuzun son ildə etdikləri həqiqətən də vacib və lazımlı idi. Çox vacib və çox lazımlı idi. Bu biznesin bir çox səhmdarları və rəhbərliyin digər üzvləri bu proqramçınızın rolunu çox gözəl başa düşürlər.   


    Amma bir problem var. Bizim proqramçımızın etdikləri miqyaslanmır. Biznes - pul qazanılması haqqında hekayədir. Bir balaca mövzudan uzaqlaşmaq lazımdır ki, yazılanları birmənalı anlayasınız. İstənilən biznes, həmçinin proqram təminatının yaradılması təsisiçiyə pul qazandırmaq üçündür, işçinin ambisiyalarını qarşılamaq üçün deyil. Lakin çox vaxt məhz ambisiyalar dünənin startapını bu günün nəhəng şirkətinə çevirir. İnkişafın birinci mərhələsi və məhsulun bazara çıxışı məhz belə, gününü məhsul üçün fəda etmiş, həm fiziki həm də moral cəhəttən keçəlləşmiş insanlardan asılıdır.  Biznes bu cür insanları dəstəkləyir amma bir nöqtəyə qədər. Biznesə faydalı olana qədər. Şirkət sürətlə “sprint” mərhələsini geridə qoyub, fiçaları azaltma, tələbata fokuslanma, rəqibləri araşdırma mərhələsinə keçir. Elə bu məqamda dünənin zəruriləri bu günün lazımsızlarına çevrilirlər, çünki artıq onların “bunu da edək”, “bunu da yaradaq”, “gəlin filan funksiyanı kökündən dəyişək” kimi təklifləri artıq biznesə ziyan verir. Artıq biznes təəcübləndirməməlidir, stabillik və zəmanət verməlidir.Məhz bu səbəblərə görə bizim ulduzumuzu sakitləşib, yeni iş axtarmağı təklif edirlər.


Hadisələrin gələcək gedişatı. 

Əslində vəziyyətin belə sonlanması insanın eqosuna çox ciddi mənfi təsir göstərmiş olur. Dünən sən mərkəzdə idin, əvəzolunmaz peşəkar idin, məhsulu gələcəyə məhz sən aparırdın. Bu gün isə səndən tacını çıxarıb, beycik taxmağını istəyirlər. Çünki vəzifəniz dəyişdirilib və sizdən yalnız təhlükəsizlik şöbəsində adi sıravi işçi olaraq rəhbərliyin əmrlərinə tabe olmağınızı istəyirlər. Çılğın sprintlərin dövrü artıq geridədir. Ofisdə üzünü ilk dəfə gördüyün insanların sayı getdikcə daha da artır. Yeni proqramçılar isə koddaki anlaşılmazlıqlara şikayət edirlər. Onlara isə “onda belə lazım idi” sözünü izah etmək olmur! Baxın, məhz bu zaman refaktor barədə danışmalar başlayır və rəhbər ilə ulduz arasındaki sərhədlər getdikcə daha da genişlənir. Çoxları belə vəziyyətə dözə bilmirlər və layihəni tərk edirlər. Kimlərsə çox qəzəbli formada qapını çırpıb gedir, və sonra pozulmuş sağlamlıq və tökülmüş saçlara görə əlavə haqqlı kompensasiya tələb edirlər. Amma əgər layihəni atmaq istəmirsənsə necə? O qədər vaxt, əsəb sərf olunub. Və sən gəmini okeana çıxmış bir zamanda tərk etmək istəmirsənsə necə olacaq?


Əvəzolunmazlar mövcud olmamalıdırlar.    

    Məhsulun yaradılma mərhələsindən kommersiya mərhələsinə keçdikdə, biznesin dayanıqlı formasına olan keçid mərhələsində müştərilər və investorlar əmin olmalıdırlar ki, şirkətin strukturu stabildir, daxilindəki proseslər isə miqyaslana biləndir. Bu banal hesab olunacaq qədər aydın bir təfəkkürdür. Və bunu hər kəs çox gözəl anlamalıdır. Kommersiya məqsədli məhsulun inkişafında “hər şeyin ondan asılı olduğu” bir insan olmamalıdır. Məhz buna görə şirkətin “mutasiyası” onun restruktirizasıyasından, əsas olan SuperUlduz developerlərnən sağollaşıb yeni işçilərin cəlbedilməsindən başlayır. Bu zaman hər şey insanın özündən asılıdır. Əgər şəxs oyunun yeni qaydalarını qəbul edə bilsə, layihəni məhsul kimi qəbul edə bilsə, məəsuliyyət və gücünü paylaşa bilsə onun üçün hər zaman yüksəkməvacibli “isti yer” tapılacaq. Amma bu gedişatda düzgün hərəkət edə bilmək üçün biznesin məntiqini düzgün anlamaq lazımdır: prosessləri özündən asılı etmək, hər hansı şərtləri tələb etmək və məhsulun inkişaf prosesində hər hansı “rıçaqlar” yaratmaq cəhdi birbaşa sabotaj kimi qəbul olunacaq. Çünki bu cür təsir alətləti çox vaxt subyektiv məqsədlərə xitab edir və xoşməramlı qarşılanmır.  

    

    Proqramçılar satıcılara və analitiklərə birmənalı baxmırlar. Onların “tələb-təklif” barədə ifadələrini pafoslu qarşılayırlar. Ən çox qarşıdurma isə bu analitiklərin proqramçıların üzərində həqiqətən çox vaxt sərf etdikləri həllin əslində lazımsız oluğunu və müştərilərin tələbələrini qarşılamadığını dedikdə yaranır. Bu an hər kəsin “beyni çönür”. Üzərindəki köynəkləri yırtıb, əlbəyaxaya keçirlər. “Mən axı it kimi işləmişəm! İmkan vermərəm! Bu funksiya istifadə olunmalıdır!” və s. Məhz bu cür davranışdan qorxur biznes. Və bu davranışı ən çox bizim SuperUlduzdan gözləyir. Məhz belə bir hal ilə qarşılaşmamaq üçün çıxarırlar həmin bünövrəqoymuş proqramçıları.  Faktiki olaraq bütün məsələ bir cümlə ilə izah olunur: Əgər siz biznesin həmtəsisçi deyilsinizsə, onda onun necə inkişaf edəcəyinə də qərar verə bilməzsiz. Və burda sizin nə qədər vaxt və əmək sərf etməyiniz heç bir önəm daşımır. Bəli, bu ədalətsizdir, bu ağırdır, bu acıdır, amma biznesə qarşı çıxmaq yeni iş axtarışına tərəf aparır. Və hətta siz bu kursun uçuruma tərəf getdiyini görsəz də, masanın üzərinə milyonlarla ehtimal nəzəriyyə qoysaz da günün sonunda siz statistikaya qarşı oynamış olursuz. Çünki bir ehtimalcı nəzəriyyəçi superulduza 99 başqa işçi düşür hansıları ki, belə bir ehtimallar barədə heç düşünmürlər də. Və hətta şirkət həqiqətən də son nəticədə məğlubiyyətə tərəf  getsə də heç kəs sizin xəbərdarlığınızı xatırlamayacaq.    

    

    Yəqin özünüz də tezt-tez görmüsünüz ki, öndər proqramçılar necə şirkətin tələb etdiyi yeniliklərə qarşı çıxırlar. Belə hallar nadir deyil. Biznesin hazırki tələbləri ilə bir dalğada qalmaq üçün qəbul etmək lazımdır ki yazılmış kod - sizin məəsuliyyətiniz deyil, komersiya məhsulunun parçasıdır, hansının ki məqsədi pul qazandırmaqdır. “Gəmidə” qalmaq üçün nə etməli. Əslində yol çox asandır. Sadəcə öz vərdişlərinizə qarşı çıxmağı öyrənməlisiniz. Bir çox izah etdiyimiz proqramçılar birdən başını qaldırıb görürlər ki, şirkət sahibi və hətta kolleqalar asrtıq tamam başqa yönlərdə düşünməyə başlayıblar. MBA-da məhz bunu öyrədiblər onlara - məhsuldan maksimal mənfəət götürmək üçün yön dəyişdirməyi.


Əgər siz bu baxışlar ilə razı deyilsinizsə amma oturduğunuz yeri də tərk etməyi istəmirsinizsə bu qaydaları yadda saxlamalısınız:

  1. Məhsul müştərilər üçün yaradılır çünki artıq onlar mövcuddurlar. Müştərinin sözü daha əhəmiyyətlidir.
  2. Təkmilləşdirmə yönündə qərarlar dəyişə bilər və bu normaldır.
  3. Miqyaslanma qaçılmazdır.
  4. İdarəçi pozisiyalardan birinə keçmək lazımdır. Bu isə çox az adamın xoşuna gəlir. Çünki proqramçıya kölgədə qalmaq daha rahatdır.
  5. Maraqlı tapşırıqırlar və peşənizinin “sən bacararsanmı” tipli çağırışları - qəhrəmanlıq atılışları getdikcə azalacaq, buna hazır olmalısınız.
  6. Artıq daha çox şəxsin səs haqqı var. Buna hazır olun. Biznes belədir.
  7. Yeni insanlar ilə və rəhbərlik ilə konfrontasiya heç bir tərəf üçün yaxşı nəticələnməyəcək.

    Böyük şirkətlərdə belə Ulduzlar müxtəlif şöbələr arasında “gəzişirlər”, haradaki bütünlüklə özlərini işə həsr edə bilərlər və günün sonunda tamamlanmış hiss ilə rahat evə gedirlər. Amma əgər layihə yalnız bir ədəddirsə və şahələnmə çox kəsaddırsa: ya sadəcə yaratdığını dəstəkləməlisən, ya idarəetməyə keçməlisən və ya çıxıb yeni bir layihə axtarmalısan. Hər nə qədər kədərli səslənsə də. 

 

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar