Facebook, Instagrama gətirdiyi hekayə xüsusiyyətindən sonra, bu xüsusiyyətə yeni funksiyalar əlavə etdiyini elan etdi. Əlavə olaraq Facebook, Instagram ilə bağlı ən son statistik məlumatları da paylaşdı.
Oktyabr ayında gündə 100 milyon insanın istifadə etdiyi Instagram Hekayələri, bugün gündə 150 milyon insan tərəfindən istifadə edilir. Hər beş mesajdan birinin, izləyicilərdən mesajla cavablandırıldığını da açıqlayam Facebook, xüsusilə bu barədə iddialı olduqlarını vurğuladı.
Facebook, sürətlə Instagrama əlavə etdiyi və böyütdüyü Hekayələr xüsusiyyətindən, indi də reklamlarla pul qazanacaq.
Instagram artıq, hekayələrdə də reklam göstərəcək. Hekayələrdən link almaq və birbaşa mesaj üzərindən firmalarla əlaqə qurmaqdan başqa, şirkətlərə nümayişdən əlavə imkanlar təklif ediləcək. Instagram istifadə edən insanların 70%-I bir şirkəti izləyir və platformada ən çox izlənilən hekayələrin üçdə biri şirkətlərin paylaşdığı hekayələrdir. Hekayələrin təxminən 70%-i səsli videolardan ibarət ikən, yüzdə 25%-i Boomerang videoları, sadəcə 5%-i isə şəkillərdən ibarətdir.
Hekayə Statistikaları: Qlobal olaraq istifadəyə verilən Hekayə Statistikaları vasitəsilə Instagram da şirkət profilləri hər hekayə üçün statistik məlumatları görə biləcəklər. Bu statistikaları görüntüləyərək, hədəf kütlələrinə daha uyğun, onlar üçün daha mənalı məzmunlar yarada biləcəklər.
Hekayə Reklamları: Instagram eyni zamanda Hekayələrdə tam ekran reklamları da test etməyə başlayıb. Hədəfləmə, çatmaq və ölçmək kimi xüsusiyyətlərə sahib olacaq olan reklamlar ilə müəssisələr hekayələri izləyən insanların maraq dairələrinə uyğun məzmunlar yarada biləcəklər. Hekayələrin təxminən 70%-nin səsli izləndiyi əsas götürülərsə, reklam verənlər, tam ekran reklamlarda insanlara maraqlı videolar ilə çatmağa çalışacaqlar.
Instagram rəhbərliyindən Amy Cole, mövzu ilə bağlı olaraq bunları dedi:
"Instagram cəmiyyəti, Instagram Hekayələrini böyük bir yaradıcılıqla qucaqladı və bugün gündə 150 Milyondan çox insan Instagram Hekayələrini istifadə edir. Son beş aydır insanların həqiqətən şirkətlərin hekayələrinə maraq göstərdiklərini müşahidə etdik; belə ki, ən çox izlənilən hekayələrdən 3-də 1-i, şirkətlərin hekayələrindən ibarətdir. Bugündən etibarən şirkətlər Instagram Hekayələrində reklamları istifadə edərək qlobal kütləyə, insanların sevdiyini bildiyimiz istehlakçı təcrübəsini istifadə edərək əlaqə qura biləcək. İrəlidəki aylarda bütün şirkətlər üçün aktiv olacaq bu yeni reklam formatına şirkətlərin necə reaksiya verəcəklərini görmək üçün həyəcanlanırıq”