Artıq bir çox TV kanalları Youtube platformasının müsbət tərəflərindən istifadə etməyə başladı. 24 saatlıq canlı yayımlar, Youtube üzərindən gündəm xəbərlərinin yayımlanması və s. Lakin bir məsələ var ki, yalan xəbərlər də gündəmi məşğul edə bilir. Ona görə Google şirkəti belə qərara gəlir ki, 25 milyon dollar dəyərində yatırım edərək dünyanın bir çox məhşur kanalları ilə mənbənin verilməsi şərti ilə əməkdaşlıq edəcək.
Bu əməkdaşlıq nəticəsində canlı yayımlarda, son dəqiqə xəbərlərində mənbənin linki aşağıdakı şəkildə göründüyü kimi istifadəçiyə göstəriləcək.
Xəbərin linkinin preview-i istifadəçilərə göstərəcək və əgər istifadəçi bu linkə giriş edərsə, birbaşa mənbə göstərilən sayta keçid ediləcək. İlk növbədə bu yenilik ABŞ, Fransa, Breziliya, Japoniya, İtaliya, İngiltərə daxil olmaqla 17 ölkə üçün istifadəyə veriləcək. Bundan sonra artıq Youtube üzərindən gündəm xəbərlərini daha dəqiq mənbəyə əsaslanmış şəkildə izləmək mümkün olacaq.