Startaplar üçün olan məşhur Y Combinator akselerator mərkəzi Çin bazarına çıxır



    ABŞ-ın startaplar üçün olan məşhur biznes akseleratoru Y Combinator Çin bazarına çıxışını elan etdi. Y Combinator China biznes akseleratoruna Baidu şirkətinin əməliyyatlar üzrə direktoru və tədqiqatlar şöbəsinə başçılıq edən Qi Lu rəhbərlik edəcək. Layihənin bütün büdcəsi və biznes akseleratorunun Çin bazarı üçün proqramı hələki açıqlanmayıb. Lakin məlum olan odur ki, akseleratorun Çindəki şöbəsi Pekində fəaliyyət göstərəcək.

    Y Combinator China sözügedən biznes akseleratorunun ilk qlobal layihəsi olacaq. Bununla yanaşı Çində fəaliyyət göstərəcək şöbə yerli investorlar və əməkdaşlarla çalışacaq. ABŞ-da fəaliyyət göstərən Y Combinator-a gəldikdə isə o artıq Çindən olan startapları öz proqramına daxil edir. Lakin akseleratordan cəmi 10 Çin startapı keçib. Analitiklərin fikrincə Y Combinator China bu cür yerli layihələr və böyük korporasiyalar ilə rəqabət aparmalı olacaq. Bununla belə onlar qeyd edirlər ki, Y Combinator-un təcrübəsi vasitəsilə Çindən olan startaplar qlobal bazarlara çıxa bilərlər.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar