Kiril simvolları dəstəkləyən ilk SSL sertifikat.
Hər şeyin İnterneti (Internet of Everything) üçün identifikasiya və təhlükəsizlik həlləri təklif edən beynəlxalq təsdiqetmə mərkəzi GMO GlobalSign (www.globalsign.com) daxilində kiril simvollarından istifadə olunan ilk SSL sertifikatını təqdim etdi. Əvvəllər GlobalSign SSL-ları yalnız latın əlifbasında buraxırdı. Lakin çoxsaylı müraciətlər belə bir yeni imkanın formalaşmasına tələb yaratdı. Kiril simvollarını dəstəkləyən ilk sertifikat Xüsusi Texnoloji Mərkəz (stc-spb.ru) üçün buraxıldı. Şirkət OV Wildcard SSL sertifikatını sifariş etdi və xahiş etdi ki, onun adı sertifikatda kirilcə qeyd olunsun . Müştərinin müraciətinə əsasən sertifikatın digər detalları isə latınca qeyd olundu.
GlobalSign digər əlifbaları dəstəkləyən sertifikatlar da təklif edə biləcək. GlobalSign China bu yaxınlarda Çin ieroqliflərini dəstəkləyən ilk sertifikatını buraxdı. EV SSL Certificate nəhəng maliyyə assosiasiyası PPmoney üçün hazırlanıb və daxilində çin ieroqliflərindən istifadə olunub.
Şirkət yaxın zamanlarda bu funksiyaları digər istifadə olunan əlifbalar üçün də genişləndirməyi planlayır.