Windows Əməliyyat Sistemləri


Windows Əməliyyat Sistemləri Şəbəkəyə qoşulmuş Windows XP əməliyyat sistemli kompüterdəki kataloqlara kənar müraciətləri parolla necə bağlamaq olar?

Bunun üçün kompüterdə qeydə alınmış "Qonaq" adı ilə qeydə alınmış istifadəçinin profinə parol əlavə etməlisiniz. Bu əməliyyatı yetirmək üçün siz... "Administrator" qovluğuna daxil olub, "Kompüterin idarəolunması" rejimini seçməlisiniz
2-ci addımda "Lokal istifadəçilər və qruplar" altrejiminə daxil olursuz
"İsifadəçilər" bölməsindən "Qonaq" adlı istifadəçinin "Parolu dəyiş" alt-rejiminə daxil olursuz
və istədiyiniz parolu müəyyən edirsiz.

Bundan sonra sizin "Ümumi istifadə üçün nəzərdə tutulmuş" kataloqlarınıza kənardan (lokal şəbəkədən və ya İnternetdən) müraciət edənlər parolu daxil etməli olacaqlar.


Windows XP Home Edition və Windows XP Professional əməliyyat sistemləri arasında fərqlər hansılardır?

Xarici görkəmi, iş prinsipləri, proqramlardan və qurğulardan istifadə, prosessorun yüklənməsi kimi məsələlərdə bu iki əməliyyat sistemi arasında ciddi bir fərq yoxdur. Bu əməliyyat sistemləri arasında aşağıda sadalanan məsələlərdə fərqlər var... Aşağıdakı funksiayalar Windows XP Professional əməliyyat sistemində realizə olunub və digər əməliyyat sistemində (Windows XP Home Edition) yoxdur:
kompüterin uzaqdan idarəolunması
çoxistifadəçiliyə imkan verir və avtanom fayl və kataloqları yarada bilir
2 prosessorlu kompüter sistemlərini dəstəkləyir
faylların şifrələnməsini həyata keçirə bilir
şəbəkənin idarəolunmasına imkan verir
istifadəçi qruplarıla işləməyi bacarır
çoxdilli interfeysi dəstəkləyir

digər cüzi fərqlər mühüm əhəmiyyət kəsb etmir.


Kompüterdə bir neçə fərqli əməliyyat sistemləri yazıb işlətmək olarmı?

Fayl sistemləri arasında fərqlər müxtəlif tipli əməliyyat sistemlərinin birgə fəaliyyətinə mane olur. Bu problemi həll etmək üçün VMware Workstation və ya Microsoft Virtual PC sistemlərindən istifadə edərək virtual maşınlar yaratmaq və eyni zamanda bir neçə əməliyyat sistemindən istifadə etmək olar. Müasir kompüter texnologiyalarından tam istifadə etmək üçün Virtual Maşın sistemləri zəruridir. Bu sistemlər bir kompüterin daxilində müxtəlif məqsədlər üçün yaradılmış və müxtəlif fərqli əməliyyat sistemləri ilə işləməyə imkan verir. Bu iş metodunu:
yeni əməliyyat sistemlərinin öyrənilməsinə
lokal və qlobal şəbəkə sistemlərinin qurulmasına
virus və antiviruslarla işə
müxtəlif servis proqramların yoxlanılmasına
əməliyyat sistemləri arasında interfeyslərin yaradılması məsələlərinə və s.

tətbiq etmək olar. Virtual maşınlar "riskli" proqram təminatlarının yoxlanılması və istismarı üçün ideal şərait yaradır və əsas kompüterin sıradan çıxmasının qarşısını alır. Virtual Maşınlar sistemlərini tətbiq edərək kompüter daxilində "yeni kompüterlər" yaratmaq üçün əsas kompüterin sürəti, xarici və operativ yaddaşın kifayət qədər böyük olması zəruri şərtlərdən biridir. Bu cür işləmək üçün kifayət qədər "güclü" kompüterəə malik olmaq lazımdır.


Windows əməliyyat sistemləri üçün hansı fayl sistemindən - FAT32 və ya NTFS-dən istifadə daha məqsədəuyğundur?

NTFS MicroSoft şirkətinin yaratdığı NT texnologiyaları üçün nəzərdə tutulmuş fayl sistemi olub, şəbəkə məsələlərində, o cümlədən, İnternet mühütündə digər fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. FAT32 və NTFS-in özəllikləri bunlardır...

NTFS-in üstünlükləri kompüterlərin sürətinin artması və iri həcmli HDD disklərindən istifadə zamanı üzə çıxır. Zəif və kiçik həcmli HDD diskli kompüterlərdə FAT32-dən istifadə məqsədəuyğundur. NTFS fayl sistemində diskin həcmi böyüdükcə və bir kataloqun daxilindəki faylların sayı artıqca FAT32-yə nisbətən daha effektiv işləyir. Faylın ölçüsünə qoyulmuş məhdudiyyət (FAT32-də faylın ölçüsü 2qb-a qədər ola bilərdi) aradan götürülüb.

NTFS-in ən əsas üstünlüyü fayl və kataloqlara müraciət növləri daha çoxdur. Fayla (Linuxun fayl sistemlərində olduğu kimi), oxumaq, yazmaq kimi atributlar verilir. Onuda qeyd edək ki, Linux əməliyyat sisteminin fayl sistemləri fayl və kataloqa daha çox atribut verdiyi üçün daha üstündür. Bundan başqa az işlənən faylların sıxılılıb, arxiv kimi saxlanılma imkanı NTFS-in özəlliklərindən biridir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar