Kompüter proqramları haqqında məlumat


Kompüter proqramları haqqında məlumat


Kompüter proqramları
Kompüter prqoramları – konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idrə edilməsi) həllini təmin edən kifayət qədər tam kompüter təlimatları yığımıdır.

Proqram - maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir. Başqa sözlə proqram – maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir.

Üç cür proqram mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı.

Sistem proqramları
1. Köməkçi proqramlar
2. Tətbiqi proqramlar
3. Alqoritmik dillər proqramı

Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s. proqramlardır.
Köməkçi proqramlar
Graph proqramı – rəqəmləri qraf şəklində göstərir.
Organization Chart – müxtəlif sxemlərin yaradılmasında, məsələn təşkilatın struktur sxeminin yaradılmasında istifadə olunur.
Equation Editor – müxtəlif riyazi ifadələrin yazılması üçün nəzərdə tutulmuşdur.
WordArt – loqotip və sərlovhələr üçün nəzərdə tutulmuş rəqəm və sozləri müxtəlif formalarda təqdim edir.
ClipArt Gallery – müxtəlif şəkillər daxil edilmiş kataloqlara baxış keçirmək və sənədə istənilən təsviri daxil etmək mümkündür.
Digər proqramlar: simvollar cədvəli, WordPad, Paint, Bitmap İmage, Calendar Control, MS Equation.3, MS PhotoEd.3 və s.

Tətbiqi proqramlar
Tətbiqi proqramlar – hər hansı bir məsələnı həll etmək üçün istifadə olunur (mətn redaktorları, elektron cədvəllərlə işləmək üçün proqramlar, verilənlər bazası, tərcümə proqramları, kompüter qrafikası, arxiv proqramları və s.). Tətbiqi priqramlar özləri də tiplərə bölünürlər: Əsas tətbiqi proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit – konkret işi görən və ofis proqramlarına daxil edilən xüsusi proqramdır.

Alqoritmik dillər proqramı
Alqoritmik dillər proqramı – hər-hansı proqraqm dili üçün nəzərdə tutulmuş proqramlar.
Digər proqramlar da mövcuddur. Məsələn, Kompüter oyunları. Bu tip proqramlar kompüter qurğularını test etmək üçün ən yaxşı üsuldur. Belə ki, işdə yüksək surət, daha çox yaddaş və yaxşı qrafika tələb edir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 2
huseyn xaker
smile bir azda yaxsi ola bilerdi
shaiq
komputer haqinda bilgi isteirem
Biz sosial şəbəkələrdə
Sayğaclar