Corning şirkəti smartfonlar üçün 6-cı nəsil Gorilla Glass qoruyucu şüşəsini təqdim etdi



    Corning şirkəti 6-cı nəsil Gorilla Glass qoruyucu şüşəsini təqdim edib. Şirkətin mühəndisləri çoxlu sayda düşüşlərə dözə bilən tamamilə yeni material yaratmağa nail olublar. Testlər onu göstərir ki, Gorilla Glass 6 1 metr hündürlükdən 15 dəfə düşüşə tab gətirə bilir. Bu isə Gorilla Glass 5-in göstəricisindən 2 dəfə çoxdur. Şirkətin məlumatına əsasən yeni qoruyucu şüşə Gorilla Glass 5-dən fərqli olaraq tamamilə fərqli kimyəvi tərkibə sahibdir. Gorilla Glass 6-nın tərkibi kompressiya səviyyəsinin kimyəvi yüksəlməsini təmin edir. Bu isə öz növbəsində Gorilla Glass 6-nın zədələnmələrə daha dözümlü olmağa yardımçı olur. Şirkətin məlumatına əsasən insanlar il ərzində ortalama 7 dəfə öz telefonlarını yerə salırlar. Bununla belə smartfon düşüşlərinin 50%-i 1 metrlik hündürlükdən olan düşüşlərin payına hesablanır.

 



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Yuan-International