loading...

Google, Android 9-un sadələşdirilmiş versiyası olan Android Pie Go Edition'u təqdim etdi



    Google şirkəti büdcəli smartfon modelləri üçün nəzərdə tutulmuş Android 9 Pie Go Edition əməliyyat sistemini təqdim etdi. Yeni Android əməliyyat sisteminin bu versiyasının əsas özəlliyi yüksək texniki göstəriciləri tələb etməməsi və büdcəli smartfonlarda ideal işləməsidir. Android 9 Pie Go Edition, büdcəli smartfon istifadəçilərinə Google tətbiqlərinin xüsusi versiyalarını və smartfonun daxili yaddaşında böyük miqdarda yer həcmi təklif edəcək.

    Şirkət bildirib ki, istifadəçilər Go Edition versiyasını öz smartfonlarına quraşdırdıqları zaman optimizasiya üçün smartfon ekranının ölçüsünü (HD və ya VGA) qeyd edə biləcəklər. Bununla yanaşı smartfonun daxili yaddaş həcmi (4 GB, 8 GB və ya 16 GB) və 3G ilə 4G şəbəkə dəstəyi də nəzərə alınacaq. Şirkət onu da qeyd edib ki, Android 9 Pie Go Edition-un tamamilə quraşdırılması və bütün yenilənmələrdən sonra bu əməliyyat sistemi smartfonun daxili yaddaşında Android Oreo Go Edition-dan fərqli olaraq 500 MB daha az yer tutacaq

    Bununla belə Go Edition adi Android Pie-dan fərqli olaraq smartfonun daxili yaddaşında 2 dəfə az yer tutacaq. İstifadəçilər həmçinin əlavə təhlükəsizliyin təmin olunması üçün etibar edilmiş yüklənmə funksiyasını da əldə edəcəklər. Google qeyd edib ki, Android 9 Pie Go Edition əməliyyat sisteminə sahib ilk büdcəli smartfon modelləri artıq bu ilin payız fəslində satışa çıxacaqlar. Bununla yanaşı sadələşdirilmiş əməliyyat sistemi Google Go, YouTube Go, Maps Go, Files GoAssistant Go kimi xüsusi tətbiqlərə sahib olacaq. 




Detallı məlumat

Statistika
Xəbərlər: 7726
+1

Rəylər: 13324
+0

İstifadəçilər: 48633
+0


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 4
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48621

Vaxt üzrə:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 10
Ay ərzində: 46

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar