Samsung'un təmiz Android ilə çalışan ilk smartfon modeli Galaxy J2 Core təqdim olundu



    Bugün Samsung şirkəıti Hindistandakı təqdimatda Galaxy J2 Core büdcəli smartfon modelini təqdim etdi. Sözügedən smartfon Android Go proqramına daxil oldu və şirkətin təmiz Android əməliyyat sistemi vasitəsilə çalışan ilk smartfonu oldu. Beləliklə Galaxy J2 Core modeli 960x540 piksel keyfiyyətli 5 inç TFT ekran, 4 nüvəli Exynos 7570 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş (microSD dəstəkli), f/2.2 diafraqmalı 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Smartfonda Home fiziki düyməsi və ya sensorlu düymələr yoxdur. Smartfonun idarəetməsi onun ekranı vasitəsilə reallaşdırılır. Smartfonun korpusu isə plastikdən hazırlanıb və Android Oreo Go Edition əməliyyat sistemi vasitəsilə çalışır. Yaxın zaman ərzində Galaxy J2 Core Hindistan və Malayziya bazarlarında satışa çıxacaq. Onun qiyməti 100$ təşkil edəcək. Smartfonun digər bazarlarda satışa çıxıb-çıxmayacağı barəsində isə heç bir məlumat verilməyib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
https://yuanpaygroup.site/index.html