loading...

Samsung'un əyilə bilən smartfonu yaxın zamanda anons oluna bilər



    Samsung şirkətinin mobil şöbəsi üzrə direktoru DJ Koh bildirib ki, şirkətin ilk əyilə bilən smartfon modeli artıq bu ilin Noyabr ayında San Fransiskoda keçiriləcək tədbirdə təqdim oluna bilər. O qeyd edib ki, smartfon üzərində hələ də iş gedir. Bununla belə DJ Koh smartfonun necə adlanacağı (Galaxy X və ya Galaxy F), barəsində heç bir məlumat verməyib. Lakin bununla yanaşı o bildirib ki, şirkət, smartfonun əyilə bilən formada planşetə bənzəməməsi üçün əlindən gələni edir. Bundan əlavə olaraq DJ Koh qeyd edib ki, şirkət bu cür smartfon formatına səbəbsiz keçməyib. Belə ki, şirkətin apardığı sorğularda nəticə etibarilə məlum olub ki, alıcılar növbəti smartfon modellərinin məhz bu cür formata keçid etmələrini istəyirlər. Nəticədə şirkət bu  cür smartfon formatına keçməyi qərarlaşdırıb.



Detallı məlumat

Statistika
Xəbərlər: 7322
+0

Rəylər: 13317
+0

İstifadəçilər: 48505
+1


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48496

Vaxt üzrə:
Bu gün: 1
Dünən: 5
Həftə ərzində: 20
Ay ərzində: 65

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar