Samsung şirkəti əyilə bilən smartfonu gələn ay göstərə bilər



    Samsung şirkəti artq uzun müddətdir ki, əyilə bilən smarton modeli üzərində çalışır və son vatlar bu smartfon barəsində bir sıra məlumatlar yayılıb. İndi isə Korea Times saytı şirkətin ilk əyilə bilən smartfon modelinin təqdimat tarixini açıqlayıb. Samsung şirkəti hal hazırda 7-8 Noyabr tarixlərində San Fransiskoda keçiriləcək Samsung Developer Conference (SDC) tədbirinə hazırlaşır.

    Tədbir şirkətin proqram təminatı strategiyasına, süni zəkaya və IoT (Internet of Things) məhsullarına yönələcək. Korea Times öz mənbələrinə istinadən bildirib ki, şirkət öz əyilə bilən smartfon modelini ilk dəfə məhz həmin tədbirdə göstərəcək. Məlumata əsasən smartfonun tam təqdimatı isə CES 2019 sərgisində baş tutacaq. Bir sıra məlumatlara əsasən şirkətin əyilə bilən smartfon modelinin kod adı Winner-dir. Nəticədə smartfon Galaxy X və ya Galaxy F adlandırıla bilər. Smartfon 7.3 inç daxili və 4.6 inç xarici ekranla təchiz oluna bilər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar