Sayt sahibləri Milli Net yahiyəsi haqqında yəqin məlumatlı olarlar. Məlumatı olmayanlara isə bildirmək istəyirəm ki bu lahiyədə müxtəlif kateqoriyalara görə saytlar qatılır və sonra öz qiymətləndirmələrinə görə ilk yerləri tutan saytları bildirəcəklər. Amma biz qatıla bilmədik! Niyə?
Ona görə ki bizim saytı qanunsuz hesab etdilər. Deyilənə görə biz saytımızda pullu proqramların açarlarını yerləşdiririk. Bu həqiqətən də belədir. Ancaq bunu bildirən şəxs unudub ki onun öz kompüterində əməliyyat sistemindən tutmuş əksər pullu proqramları crack olunub.
Hərçənd bizim saytda hanısa müğənninin çılpaq şəkilləri və ya hansısa bozbaş hansısa bozbaşa nə dedi! şok! kimi xəbərlər yerləşdirsəydik yəqin ki o zaman saytımızı qəbul edərdilər.
PS: Amma mən belə fikirləşirəm ki 100 dənə əyləncə portalı heç bizim saytın yanından da keçə bilməz. windows-az.com administrasiyası sayt açılan gündən qarşısındakı məqsədi azəri millətini maarifləndirmək, onlara kömək olmaq məqsədini qarşısına qoymuşdur. Bizi yolumuzdan heç kim çəkindirə bilməz.
Milli Net: Yadında saxla!!! Bizim sayt olanda sizin proyektin hələ heç bünövrəsi də qoyulmamışdı. Sizin proyekt bir neçə həftəlikdir. Bizim isə saytımız hələ çox adama köməkçi olacaq. Hələ bilmək olmaz sizin proyektə
Netty kimi 1ci yerləri satacaq ya yox...