XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır. Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.