Bir nəfər kar adamın qonşusu xəstələnir.Kar qərara gəlir ki,ona baş çəkib əhvalını soruşsun.Yolla gedərkən öz- özünə deyir:mən onun dediklərini eşitməyəcəm.Yaxşısı budur ki,onunla edəcəyim söhbətin məzmununu indidən müəyyənləşdirim.Mən içəri girəndə ondan soruşacağam :nə olub,ay qonşu,indi necəsən?o cavab verəcək ki,yaxşıyam.Mən də deyəcəyəm olsun, olsun.Beləliklə ,kar xəstəyə verəcəyi bütün sualları və alacağı müvafiq cavabları özlüyündə müəyyənləşdirir.O,xəstə qonşunun yanına daxil olarkən xəstənin ağrısı daha da şidətlənmişdi.Kar həmin suallarla ardıcıl olraq xəstəyə müraciət edir,aldığı cavabların məzmununu başa düşmədən növbəti sualı verir:
-Nə olub,ay qonşu,indi necəsən?
-Necə olacağam, ölürəm.
-Olsun ,olsun
-Yanına kim gəlir?
-Kim gələcək ,Əzrayıl!
-Qədəmləri xoş olsun.
-Yeməyin necədir,nə yeyirsən?
-Nə yeyəcəm ,zəhrimar.
-Nuşi-canın olsun.