Məzəli SMS-lər


Məzəli SMS-lər1. Görüm səni ər corabının iyinə həsrət qalasan. Evdə qalıb qartıyasan.

2. Səni gördüyüm anda dil tutulur, ürək dağılır, baş fırlanır, gözlərim parlayır, amma ağrıdan, çünki həmin an yüngül dərəcəli paralic oluram

3. Sən dünyanın ən şərəfsiz, binamus, ən nalayiq, ən geridə qalmış, alçaq, əclaf adamlarından uzaqsan.

4. Yuxumda səni gördüm. Gördüm ki, kamaz vurub səni və səni basdırırlar. Qəbrindən nur saçır. Sonra gördüm ki, kamazın faraları ağzında qalıb.

5. Heç vaxt hündür səslə, yalanlarını doğrulda bilməzsən. Çünki ən hündür səs, eşşəkdədir.

6. Dünən sənə dünyanın ən gözəl, ən şəkər hədiyyəsini yollamaq istədim. Amma poçtalyon üstümə qışqırdı ki, çıx qutunun içindən.

7. Insanlar dəyişir, xəyallar dəyişir, duyğular dəyişir hətta arzular belə dəyişir, dəyişməyən bircə sənin corabındı, get corabını dəyiş!

8. İnan ki, sən çox şirinsən. Amma məncə snikersin yerini verə bilmərsən.

9. Bir gün həyatın mənsiz olsa qurduğun arzular uçub dağılsa mənasız gözlərdən yaşlar axarsa get usta tap arzularını remont elə.

10. Çiçəksiz bahardır kontursuz telefon, qoxusuz lalədir kontursuz telefon, istisiz alovsuz tonqala bənzər nə qədər istəsə zəng edə bilməz kimdəsə varsa kontursuz telefon.

11. Dost dosta zəng gərək zəng olmasa vızıv gərək!

12. Sən məni sevmirsən, sən heç bilmirsən ürək nədir! Deməli anatomiyanı yaxşı oxumamısan.

13. Ey mənim ac günlərimin dönəri, yuxusuz gecələrimin dimedrolu, qaranlıq gecələrimin projektoru, lomka səhərlərimin semiçkası, necəsən?

14. Siz bilirsiniz ki, pomidorla traktorun fərqi nədir? Mən desəm inanmazsınız! Pomidorun rəngi qırmızıdır, traktorun qapısı isə çölə açılır.

15. Sevgilim vəziyyətim ağırdı, sarılıq xəstəliyinə tutulmuşam, bilirsən niyə, kaş ki, axşam səni yuxuda görməyəydim.

16. Hörmətsiz abonent, sizin üçün yeni iş tapılıb. Zooparktan bir meymun qacıb. Onun əvəzinə meymunluk etmək istərsən? Əmək planı gündə 3 banan.

17. Sevgilim mümkünsə mənə şəklivi göndər, qabaqdan yay gəlir mürəbələrə qarışqa yığılmasın deyə bankalara vurum.

18. Bir anlıq qış gecəsini təsəvvür et. Üzərində qar dənəçiklərinin naxış vurduğu pəncərəyə bax. Orda bir milçək var. Zəhmət olmasa onu öldür. Mənzərəni pozur.

19. Əgər birgün kədərlənib, bir küncə sıxılıb hönkür-hönkür ağlasan mən yanında olmaq istəyirəm. Çünki dəsmal satıram. 2 alana 1-i hədiyyə.

20. Bir gün gələcək dünyanı aclıq bürüyəcək. Köklərdən dolma, arıqlardan çığırtma hazırlanacaq. Səndən isə dovğa hazırlanacaq, çünki sən qatıqsan.

ƏN ÇOX BƏYƏNDİYİNİZ SMS-İ SOYLƏSƏNİZ SEVİNƏRƏM.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 1
AYLANA
3cu bideki 20 superdi,ellernize saglx cox super wink
Biz sosial şəbəkələrdə
Sayğaclar